“Fənərbağça” “Qalatasaray”ı məğlub edəcək və…

“Fənərbağça”nın keçmiş prezidenti, yenidən bu posta namizədliyini irəli sürən Aziz Yıldırımın mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sabiq funksioner İstanbul təmsilçisinin mayın 19-da “Qalatasaray”la derbi matçı haqda fikirlərini bölüşüb:

“Ümidliyik, “Fənərbağça” “Qalatasaray”ı məğlub edəcək və klubda yeni dönəm başlayacaq”.

Super Liqada 36 turdan sonra “Qalatasaray” 99 xalla liderdir, “Fənərbağça” isə 93 xalla ikincidir.