“Fənərbağça” oyunçusuna qiymət qoydu

“Fənərbağça” futbolçusu Oğuz Aydının transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu cinah yarımmüdafiəçisi üçün azı 20 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə yığmasına da dəvət alan 24 yaşlı futbolçu bu mövsüm 19 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.