“Fənərbağça” futbolçusu Mert Hakan Yandaşın müqaviləsini uzadacaq.
Futbolpress.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Super Liqa klubu ilə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 29 yaşlı futbolçu ilə iki illik sözləşmə imzalanacaq.
Mert Hakan 2020-ci ildən “Fənərbağça”da çıxış edir. O, 122 oyunda 10 qol vurub, 21 məhsuldar ötürmə edib.