“Napoli”nin futbolçusu Mario Rui karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə “Fənərbağça” maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Rui ilə “Fənərbağça”dan başqa daha bir neçə klub maraqlanır. Futbolçu ilə bağlı son qərarı “Napoli”nin yeni baş məşqçisi Antonio Konte verəcək.
Mario ötən mövsümdə 28 oyunda 2 qol vurub.