“Fənərbağça” futbolçusu Miha Zayçı icarəyə verib.
Futbolpress.az xəbər verir ki, sloveniyalı yarımmüdafiəçi mövsümün sonuna kimi “Tuluza”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zayç 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi. O, Super Liqada 86 oyunda 15 qol vurub, 6 məhsuldar ötürmə edib.