“Fənərbağça” hücumçusunu saxlamaq istəyir

“Fənərbağça” hücumçu Edin Dzeko ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu 39 yaşlı forvardla daha bir illik müqavilə imzalamaq niyyətindədir.

Tərəflər arasında danışıqların növbəti həftə başlayacağı bildirilib.

“Fənərbağça” ilə müqaviləsi yaya qədər olan Dzeko bu mövsüm 38 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə edib.