“Əziyyətimizin bəhrəsini gördük” – Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella Avro-2024-ün qrup mərhələsində Gürcüstanı məğlub etdikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çox xoşbəxtim. Bir neçə özəl gün eyni vaxta təsadüf etmişdi. Bayram, doğum günüm… Əziyyətimizin bəhrəsini gördük. İndi sevinirik, ancaq qısa zamanda hazırlıqlara başlamalıyıq. Qələbəni Türkiyə azarkeşlərinə həsr edirəm”.