“Mançester Yunayted” və “Mançester Siti” “Atletiko”nun qapıçısı Yan Oblakı transfer etmək istəyir.
Futbolpress.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, hər iki komanda sloveniyalı qapıçı üçün hərəkətə keçib.
Daha əvvəl Oblaka Səudiyyə Ərəbistanı klublarından da təklif olduğu qeyd olunurdu. 31 yaşlı qolkiper 2014-cü ildən Madrid klubunun uğurları üçün çalışır. Onun komanda ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalı “çərçivə” qoruyucusunu 30 milyon avro dəyərində qiymətləndirir.