Eyni arena, fərqli rəqəmlər

Azərbaycan Premyer Liqasında XXI turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

FutbolPress“in məlumatına görə, ən yüksək göstərici Tovuzda qeydə alınıb. “Turan Tovuz”un “Səbail”lə heç-heçə etdiyi matçı Tovuz şəhər stadionunda 5000 tamaşaçı izləyib.

Eyni arenada baş tutan “Kəpəz” – “Sabah” matçında isə tribunalarda 300 tamaşaçı olub.

Premyer Liqada turun oyunlarını izləyən azarkeş sayı:

Kəpəz – Sabah 3:2 (300 tamaşaçı)
Neftçi – Şamaxı 1:0 (1200 tamaşaçı)
Turan Tovuz – Səbail 1:1 (5000 tamaşaçı)
Sumqayıt – Araz-Naxçıvan (900 tamaşaçı)
Zirə – Qarabağ 3:2 (1000 tamaşaçı).