Əvvəlcə Sadıqov, sonra Qura

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçiriləcək. “Şerif”in baş məşqçisi Yuri Qura isə 17 iyul 18:30-da jurnalistlərlə görüşəcək.

17 iyul

17:30 “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı (“Dalğa Arena”)
18:45 “Zirə”nin media üçün açıq məşqi (“Qarabağ Arena”)

17 iyul
18:30 “Şerif”in baş məşqçisi Yuri Huranın mətbuat konfransı (“Dalğa Arena”)
19:00 “Şerif”in media üçün açıq məşqi (“Dalğa Arena”)

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.