“Everton”da 20 milyonluq hücumçu

“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi “Marsel”dən İliam Ndiayeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Everton” İliman üçün 20 milyon avro ödəyəcək.

Forvad ötən mövsüm 30 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.