“Əvəzedicilər”in oyununda cərimələr

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, Əvəzedicilər Liqasının XVIII turunun “Turan Tovuz-2” – “Neftçi-2” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37).