AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 81-ci dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli futbolçusu Amur Yusifov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).