Əvəzedicilər Liqasında tura darmadağınla yekun vuruldu

Bu gün Azərbaycan Əvəzedicilər Liqasında VII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib. “Sabah-2” səfərdə “Səbail-2″yə qalib gəlib. “Sumqayıt”ın əvəzedici komandası isə “Zirə-2″yə darmadağın olub.

Azərbaycan Əvəzedicilər Liqası
VII tur

23 sentyabr

Səbail-2 – Sabah-2 2:3
Qollar: E.Rüstəmov, 7, A.Əsgərov, 45 – N.Cabbarov, 48, E.Dünyamalıyev, 64, S.Məmmədov, 85 (pen.)

Sumqayıt-2 – Zirə-2 0:5
Qollar: Ə.Qomar, 9, V.Əliyev, 48, E.Abdullayev, 57, Ş.Aşurov, 65, İ.İbrahimov, 86