“Əvəzedicilər” üçün 70 manatlıq cərimələr

Bu gün AFFA İntizam Komitəsinin iclası keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Əvəzedicilər Liqasının XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununun 90-cı dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 87 nömrəli futbolçusu Nihad Əmrahzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

“Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolun elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91)

“Kəpəz-2” – “Şamaxı-2” oyununda “Şamax-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

“Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilsin (maddə 37);