Əvəzedicilər ona əmanət

İspaniyalı keçmiş hücumçu Fernando Torres “Atletiko”nun əvəzedici komandasına baş məşqçi təyin olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Torres bu postda Luis Qarsiya Teveneti əvəzləyib. Qarsiya isə əsas komandada məşqçi olacaq.

Torres bundan əvvəl “Atletiko”nun U-19 komandasına rəhbərlik edirdi.