“Əvəzedicilər” cəzalandı

Bu gün AFFA İntizam Komitəsi keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

27.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);

27.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl “Turan Tovuz-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz-2” komandası 150 manat cərimə edilir (maddə 52.2);