Əvəzedici komandalar cərimələndi

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasında XXVIII turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

30.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununun 45+2-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 88 nömrəli futbolçusu Tuqay Əlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

30.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna görə “Neftçi-2” komandası 100 manat cərimə edilsin (maddə 77.1);

31.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Kəpəz-2” – “Səbail-2” görüşündə “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

31.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVIII turun “Kəpəz-2” – “Səbail-2” görüşünün 53-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kəpəz-2” komandası 100 manat cərimə edilsin (maddə 41).