“Estoniyanı mütləq məğlub etməliyik”

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında Estoniyanın qonağı olacaq. Tallində baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Estoniya dişimizə görə rəqibdir. Onları mütləq məğlub etməliyik. Təəssüf ki, indi bundan danışırıq. İstərdim ki, müzakirə mövzusu millinin qrupdan çıxmaq məsələləri olsun. Buna baxmayaraq, bu gün qələbə mütləqdir. Estoniya dişimizə görədir, hətta bizdən zəifdir. Keyfiyyətdə onlardan üstünük. Futboldur, bəzən 90 dəqiqə hücum edirsən, qol vura bilmirsən. Belə hallar olur. Amma bu gün qələbə qazanmalıyıq”.

Mütəxəssis yığmanın qrupdakı şanslarından da söz açdı:

“İndiki məqamda bu haqda danışmaq doğru olmaz. Əsas iki rəqibə uduzmuşuq. Buna görə, onların şansı daha çoxdur. Fikrimcə, yığmamızın qrupdan çıxmaq şansı yoxdur”.

Şahin Cəfərov