“Əsas vəzifəmiz onlaraq problem yaratmaqdır” – Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün 1/4 finalında bu gün İsveçrəyə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan mütəxəssis bunları deyib:

“İsveçrə tturnirdə parlaq çıxış edən komandalardandır. Yaxşı oyunçuları var və hər rəqibə problem yarada bilirlər. Onlardan daha yaxşı oynamalıyıq. İsveçrənin çevik sxemi var və tez-tez dəyişikliklər etsələr də, hiss olunmur. Bizim əsas vəzifəmiz onlara problem yaratmaqdır”.

Matç saat 20:00-da başlayacaq.