“Real” müdafiəçisi Dani Karvahalın uzun müddətə sıradan çıxmasından sonra bu mövqeyə transfer çalışmalarına başlayıb.
Futbolpress.az xəbər verir ki, “kral klubu”nun əsas hədəfi “Liverpul”dan Trent Aleksander-Arnolddur. Bu barəd İspaniya mətbuatı məlumat yayıb.
“Real” 2025-ci ilin yanvarından Trent üçün danışıqlara başlayacaq. Oyunçunun maaş tələbi və müqavilə şərtlərinə görə qərar veriləcək.
Arnold bu mövsüm 9 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına kimidir.