Əsədov limitin ləğvinə qarşıdır

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi gündəmdədir. Məsələ ilə bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

Bir müddətdir mütəxəssis mövzu haqda açıqlama verir, fikir bildirir. Kimisi buna qarşıdır, kimisi isə dəstəkləyir. Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında məsələ mənfi yanaşdığını söylədi:

“Limitlə bağlı müzakirələr çox gedir. Hansısa fikrin təsirinin olub-olmayacağını bilmirəm. Millinin sabiq məşqçisi kimi onu deyə bilərəm ki, yığma prizmasından baxsaq, buna mənfi yanaşıram. Konkret açıqlama və ya nəsə olsaydı, daha geniş şərh vermək olardı. İndiki məqamda başqa nəsə deyə bilmirəm”.

Şahin Cəfərov