Danimarkalı futbolçu Kristian Eriksen “Mançester Yunayted”dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı oyunçu hələ klubla yeni sözləşmə danışıqlarına başlamayıb. Bu barədə oyunçunun özü insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq deyib:
“Hələ danışıqlar başlamayıb”.
Eriksenin müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 8 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.