“Fənərbağça”nın futbolçusu Yussef En Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl İttihad” və “Əl Nəsr” mərakeşli hücumçunun xidmətində maraqlıdır. Bu barədə “TRT Spor” məlumat yayıb. Xəbərdə klubların forvard üçün “Fənərbağça”ya rəsmi təklif göndərdiyi bildirilib.
İstanbul klubu En Nesirini satmağa müsbət yanaşmır.
27 yaşlı hücumçu bu mövsüm 17 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.