Ərəblər onun üçün 120 milyon avro ödəməyə hazırdır

“Əl İttihad” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Nyukasl”dan Bruno Qimaraynsı transfer etmək niyyətindədir. Bu barədə ESPN telekanalı məlumat yayıb. “Əl İttihad” 27 yaşlı yarımmüdafiəçi üçün 120 milyon avro ödəməyə hazırdır.

Bruno 2022-ci ildən “Nyukasl”da çıxış edir. O, 153 oyunda 22 qol vurub, 24 məhsuldar ötürmə edib.