Braziliyalı futbolçu Entoni “Mançester Yunayted”də oyun müddətinin azlığından narazıdır və vəziyyət dəyişməsə, komandanı tərk etməyə çalışacaq.
Futbolpress.az xəbər verir ki, cinah oyunçusu hələ Erik ten Haqın baş məşqçi olduğu dönəmdə aldığı dəqiqlər aşağı düşdü. İndiysə o, “qırmızı şeytanlar”ın yeni rəhbəri Ruben Amorimə komandada yer almağa layiq olduğuna inandırmaqda çətinlik çəkəcək.
Qeyd edək ki, Entoni “Yunayted”ə 2022-ci ilin yayında 85 milyon funt-sterlinqə qoşulub.