Enrike qiymət artımından narazıdır

PSJ-nin baş məşqçisi Luis Enrike maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun transferlər zamanı qarşı tərəfdən böyük məbləğlər tələb olunduğunu söyləyib:

“PSJ-nin adı gələndə hər kəs məbləği artırır. Oyunçuların dəyərindən artıq rəqəmlər ortaya çıxır. PSJ kimi böyük komanda paltaryuyan maşın almalı olanda bazarda qiymətlər 4 yox, 400 avro olur. Amma həmin maşın da sonda 4 avroya işləyənlər kimi olur”.