Enrike: “Komandamın yaxşı mübarizə aparacağına əminəm”

Bu gün PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Borussiya”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, oyundan öncə mətbuat konfransında iştirak edən Paris təmsilçisinin baş məşqçisi Luis Enrike matçın çətin keçəcəyini qeyd edib:

“Rəqib təzyiq göstərəcək. Buna görə də xəttlər arasında boşluqlar olacaq. Bunlardan yararlamaq istəyirik. Həm hücum, həm də müdafiə xəttindəki oyunumuzu gücləndirmək üçün məşqlərimiz olub. Nəticənin necə olmağından asılı olmayaraq komandamın yaxşı mübarizə aparacağına əminəm. Məqsəd erkən qol vurmaqdır. Komandada ab-hava yaxşıdır. Azarkeşlərimizin dəstəyini hiss edirik. Ümid edirəm ki, onlarla birlikdə finala adlamağı bacaracağıq”.

Bu komandalar arasında ilk qarşılaşmada “Borussiya” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.