PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında Dortmund “Borussiya”sına uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Futbol bu qədər ədalətsizdir… xüsusilə, bu şəkildə uduzanda. Qapıya 31 zərbə endirdik, ancaq qol olmadı. Buna inanmaq mümkün deyil, amma oldu. Bizim qol gözləntimiz 3, rəqibdə 0,7 idi, lakin onlar qazandı.
“Borussiya”nı təbrik edirəm. Çempionlar Liqasında əla mövsüm keçirirlər”.