“Real” İspaniya Kubokunda “Selta”nı məğlub edib – 5:2.
Futbolpress.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Endrik iki qolla qələbədə böyük pay sahibi olub. Braziliyalı hücumçu matçdan sonra bunları deyib:
“Real”la bağlı hər şeyi bəyənirəm. Qollarımı komanda yoldaşımı Rüdigerə həsr edirəm. O, hər gün mənə kömək edir.
“Real”da çox çalışmalısan və şans veriləndə ən yaxşı oyununu göstərməlisən”.