“Endrikə qarşı haqsızlıq etmirəm”

“Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis az şans qazanan braziliyalı futbolçu Endrikin durumu haqda danışıb:

“Endrikə qarşı haqsızlıq etmirəm. Hücumda Mbappe, Vinisius və Rodriqo var. Endrik də səbirli olmalı və gözləməlidir”.

Endrik bu mövsüm “Real”la La Liqada 5 oyunda 1 qol vurub.