Ən yaxşı hücumçuların siyahısı tərtib olundu

“GiveMeSport” dünyanın ən yaxşı hücumçularının reytinqini dərc edib.

Futbolpress.az xəbər verir ki, 15 futbolçunu əhatə edən bu seçim meyarları belə müəyyən edilib: Qolların sayı, məhsuldar ötürmələrin sayı, hər matçda vurulan orta qollar, komanda üçün əhəmiyyəti, fərdi çıxışlar.

Meyarlara uyğun olaraq isə aşağıdakı “15-lik” ortaya çıxıb:

1. Kilian Mbappe (Real);

2. Robert Levandovski (Barselona);

3. Harri Keyn (Bavariya);

4. Erlinq Haaland (Mançester Siti);

5. Aleksandr İsak (Nyukasl Yunayted);

6. Viktor Qyökereş (Sportinq);

7. Lautaro Martinez (İnter);

8. Xulian Alvares (Atletiko);

9. Ömər Marmuş (Mançester Siti);

10. Viktor Osimhen (Qalatasaray);

11. Olli Uotkins (Aston Villa);

12. Viktor Bonifeys (Bayer);

13. Kriştiano Ronaldo (Əl-Nəsr);

14. Markus Trüam (İnter);

15. Antuan Qrizmann (Atletiko).