En Nesrinin “Fənərbağça”ya keçidinin detalları BİLİNDİ

Mərakeşli hücumçu Yussuf En Nesrinin “Fənərbağça”ya keçidinin detalları məlum olub.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu forvard üçün “Sevilya”ya 20 milyon avro ödəyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fənərbağça” ilə 5 illik müqavilə imzalayacaq 27 yaşlı futbolçu mövsümə 4 milyon avro maaş alacaq.