PSJ Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Siti”, “Atletiko”, PSV, “Jirona”, “Bavariya”, “Arsenal”, “Zalsburq” və “Ştutqart”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Paris klubunun prezidenti Nasser Əl Xəlaifi püşkü dəyərləndirib:
“Çempionlar Liqası sevdiyimiz turnirdir. Burda dünyanın ən yaxşı komandaları mübarizə aparır. Bunun bir parçası olmaq xoşdur. Ən çətin püşk bizə düşdü. Lakin hamı motivasiyalıdır və ilk oyunu səbirsizliklə gözləyirik”.
PSJ “Mançester Siti”, “Atletiko”, PSV və “Jirona” ilə azarkeşləri önündə oynayacaq. Digər 4 görüş isə səfərdə olacaq.