“Real” qarşıdakı yay transfer pəncərəsində “Arsenal”ın müdafiəçisi Uilyam Salibanı heyətinə qatmağı planlaşdırır.
Futbolpress.az xəbər verir ki, 23 yaşlı fransalı futbolçu komandanın əsas namizədləri sırasındadır. London təmsilçisi Salibanın transferinin dəyərini 100 milyon funt sterlinq olaraq qiymətləndirib.
Bildirilir ki, Saliba ən böyük arzusu “Real”da oynamaqdır.
Futbolçunun nümayəndələri ilə Madrid klubu rəhbərliyi arasında ilkin görüşlər keçirilib.