“Nürnberq”in hücumçusu Stefanos Tzimas “Liverpul”a keçə bilər.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı futbolçunun hüquqları PAOK klubuna məxsusdur. “Mersisaydlılar” artıq Almaniya komandası və hücumçunun özü ilə əlaqə saxlayıb. Tzimas üçün digər variantlar arasında “Çelsi”, “Brayton”, “Aston Villa” eləcə də Bundesliqa komandaları var.
Yunanıstanlı forvard Bundesliqa 2-də bu mövsüm 14 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Tzimas “Nürnberq”də Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə eyni mövqeyi bölüşür.