Türkiyənin “Ankaragücü” komandası baş məşqçi Emre Belözoğlu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki,bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Ankaragücü” Emre Belözoğlunun rəhbərliyi altında 40 xalla 17-ci yeri tutaraq Superliqa ilə vidalaşıb.