Emin Mahmudov “Qarabağ”la oyunda iştirak edəcək?

Bu gün “Neftçi” Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” bu matça itkilərlə çıxacaq.

Belə ki, komandanın kapitanı Emin Mahmudov və qapıçı Emil Balayev bərpa prosesi keçdiyindən matçda iştirak edə bilməyəcəklər.

Müalicə prosesini davam etdirən Alfa Konte ilə bağlı qərar isə məşqçi və tibb heyəti tərəfindən veriləcək.

Qarşılaşma 19:30-da “Azərsun Arena”da baş tutacaq.