“Əminəm ki, Ronaldo da bunu başa düşür” – Kroos

Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Toni Kroos açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Bild” nəşrinə danışan keçmiş yarımmüdafiəçi Kriştiano Ronaldo və Lionel Messi haqda fikirlərini bölüşüb:

“Ronaldo və Messi böyük uğurlar əldə ediblər. Onlar digər futbolçular kimi zirvədə buraxmaq istəmədilər və daha bir neçə il futboldan zövq almağa qərar verdilər. Bunu qəbul ediblərsə, deməli, hər şey qaydasındadır. Amma bir məsələ də var ki, Ronaldonun işləri “Real”da oynadığı dönəmdki kimi getmir. Əminəm ki, o da bunu başa düşür”.