“Əminəm ki, AFFA-nın yeni prezidenti belə uğurlar üçün hər şeyi edəcək”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan yığmasının Avropa çempionatındakı çıxışını dəyərləndirdi.

FutbolPress“ə danışan mütəxəssis gürcülərin tarix yazdığını və Azərbaycanın da gələcəkdə belə uğur qazanacağına inandığını bildirdi:

“Gürcüstan millisi yaxşı nəticə göstərdi, yeni tarix yazdı. Çox gözəl oyun oynadılar. Portuqaliya kimi güclü komandadan üç xal qazandılar. Bunun üçün 30 il gözlədik. Azərbaycanın da bu uğura sevindiyinə inanıram. Dost ölkələrik, Azərbaycanın da gələcəkdə belə nəticələrə imza atmasını arzu edirəm. Əminəm ki, AFFA-nın yeni prezidenti belə uğurlar üçün hər şeyi edəcək”.

Gürcüstan millisi F qrupunda Türkiyə, Çexiya və Portuqaliya ilə mübarizə aparıb. Villi Sanyolun rəhbərlik etdiyi kollektiv 4 xalla qrupu üçüncü sırada bitirib və 1/8 finala yüksəlib. Gürcülər bu mərhələdə İspaniyaya uduzaraq (1:4) mübarizəni dayandırıb.

Şahin Cəfərov