Emil Səfərovdan “Qəbələ”yə vida

“Qəbələ”dən ayrılan Emil Səfərov sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, “Neftçi”yə keçən yarımmüdafiəçi “qırmızı-qaralar”la vidalaşıb:

“Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, “Red Black Army” azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. Burdan ayrılmaq çətindir mənim üçün. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq. Daha güclü “Qəbələ” görəcəyik. Hər birinizə “çox sağ olun” deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə”.

Səfərov “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.