Ukrayna Premyer Liqasında XXII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Muatafayevin çıxış etdiyi “Çernomorets” səfərdə “Karpati Lviv”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Emil 61-ci dəqiqədə İlya Şevtsovun yerinə meydana daxil olub.
Aktivində 15 xalı olan “Çernomorets” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.