Emerson “Tottenhem”dən ayrılır

“Tottenhem”in müdafiəçisi Emerson London klubunu tərk etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.

London klubu Emersonu 20-25 milyon avro aralığında satmağa hazırdır.

Braziliyalı futbolçunun müqaviləsi komanda ilə müqaviləsi 2026-cı ilə qədərdir. O, bu mövsüm 24 matçda 1 qol vurub.