Emeri “Çelsi”linin transferini istədi

“Çelsi”nin futbolçusu Konor Qallaxer klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Birmingem klubunun transferdə əsas hədəfi Konordur. Premyer Liqa təmsilçisinin baş məşqçisi Unay Emeri rəhbərlikdən ingilis futbolçunun keçidinin qısa müddətdə tamamlanmasını istəyib.

Qallaxerin “transfermarkt”da dəyəri 50 milyon avrodur. O, son mövsümdə 50 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.