Elvin Məmmədov: “Cavidin getməsi dostluğumuza zərər gətirmir”

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Kəpəz” – “Səbail” (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Hamını Ramazan Bayramı münasibətiylə təbrik edirəm. Çətin rəqiblə qarşılaşdığımızı bilirdik. Bəzi sözlərdən istifadə edə bilməyəcəm. Üzrlü sayın. Bu da təcrübəsizlikdən irəli gəlir.

– Bura sırf 1 xal üçün gəlmişdiz?
– Xeyr. Bu gün bu barədə danışmaq asan olar. Amma futbolçular əziyyət çəkir. 3 xal üçün gəlmişdik. Şükürlər olsun ki, uduzmadıq.

– Komanda sizdə qalsaydı, indi daha yaxşı durumda ola bilərdi?
– Keçmiş keçmişdə qaldı. Rəhbərlik sağ olsun, həm o vaxt, həm də indi mənə şans verdilər. Təşəkkür edirəm. Bu haqda nə isə demək çətindir. Bəlkə daha yaxşı, bəlkə daha da ois ola bilərdi.

– Komandanın psixoloji durumu aşağıdır. Bunu toparlaya bilirsiz?
– Həqiqətən bunun üzərində çox işləyirik. Futbolçu uduzduqca konkret çökür. İnşallah ki, bunun yorğunluğunu çıxararıq.

– Cavid Hüseynovla söhbətiniz olub?
– Bizim dostluğumuza şübhəniz olmasın. Məm Caviddən öncə də burada idim. Bu gün Cavidin getməsi dostluğumuza zərər gətirmir.

– Təkrar start heyəti qursaydız, Mirabdulla ilə Nihatı yenə meydanda görərdik?
– Hər birinə güvənirəm. Niyə də olmasın? İkinci hissədə hər biri yaxşı təsir bağışladı.

Mirkamal Kazım