Elvin Cəfərquliyev: “Bu sualın olacağını hiss edirdim”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasında sabah “Styaua”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi jurnalistlərin suallarını cavablandırıb:

– Bir az həyəcanlıyam, ilk dəfə jurnalistlərin qarşısına çıxıram. Rəqiblə tanış olmuşuq, oyuna hazırıq. Azarkeşlərimizin önündə oynayacağıq. İstəyirik ki, fanatlarımızı sevindirək. Oyuna qələbə üçün çıxacağıq”.

– Özünüzü bu oyuna hazır hiss edirsiniz?
– Çox yaxşı hazırlıq keçmişik. Həm fiziki, həm psixoloji tam hazıram. Ümid edirəm ki, yaxşı oynaya biləcəm və komandam üçün əlimdən gələni edəcəm.

– Referinin güzəştə getməyən biri olduğu bildirilir. Bunu nəzərə almısınız?
– Bu sualın olacağını hiss edirdim. Qırmızı vərəqə almağım çox istəkli və aqressiv olmağımdan irəli gəlir. Üzərimdə işləyirəm, istəyirəm ki, bəzi anlarda çox aqressiv olmayım. Bunun komandaya baha başa gəldiyini bilirəm. Təlimatları almışam, vəziyyəti başa düşürəm.

Şahin Cəfərov