Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, bu gün qadın güləşçilərin mübarizəsində Elnurə Məmmədova (53 kq) final görüşünə çıxıb.
O, həlledici görüşdə ukraynalı Liliya Malançuka (2:13) məğlub edib.
Bu gün Azərbaycanın daha iki medal qazanmaq şansı var. Belə ki, Jalə Əliyeva (57 kq) final, Mərziyə Sadıqova (72 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.