Elmar Baxşıyevlə davam!

“Araz-Naxçıvan” klubunun rəhbərliyi baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, Anlaşmanın müddəti 1 ildir. Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq. “Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı, eləcə də transfer çalışmaları barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub. Komanda çempionatı 8-ci sırada bitirib.