Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Araz-Naxçıvan” – “Kəpəz” (0:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizodlara girdik, sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Daha çox çalışmalıyıq ki, istədiyimiz nəticələrə çataq.
– Ramon Maçadonun yoxluğu ön xətdə özünü nə dərəcədə göstərdi? Sanki Əyyub Allaş oyuna daxil olana kimi komandanız siz istəyən effekti verə bilmirdi.
– Desəm ki, təsir etmir, yalan demiş olaram. Maçado önəmli futbolçumuz olduğundan, hücumlar da daha çox onun üzərində qurulur. Yenə də optimist olmalıyıq. Hər bir futbolçumuz da onu əvəzləməyi bacarmalıdır. Allaşa gəldikdə, 2 gündür ki, komandaya qoşulub. Ona bir az da vaxt lazımdır ki, özünə gəlsin.
– Əlinizdə olan heyət həm çempionat, həm də kubokda iştirak etmək üçün yetərlidir?
– Hər iki cəbhədə oynamağa çalıacayıq. Futbolçularıma güvənirəm. Bu oyunçularla da inşallah ki, istədiyimiz nəticələri əldə edərik.
Mirkamal Kazım