Elmar Baxşıyev: “Hər şey gözlədiyimiz kimi keçdi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Mingəçevir”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir.

Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız “Səbail”lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik”.